Son 5 ildə yoxsulların itirdiyi məbləğ açıqlandı - 1 trilyon dollar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 15:22 | Şərh sayı: (0) | Baxılıb: 259
Son 5 ildə yoxsulların itirdiyi məbləğ açıqlandı - 1 trilyon dollar
Dünyadakı yoxsullar 2010-2015-ci illər ərzində 1 trilyon dollar pul itiriblər.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Oxfam” təşkilatının apardığı araşdırmada bildirilib. Dünyada yaşayan 1% ən zəngin insanın sərvəti yerdə qalan 99% sakinin sərvətini üstələyib.
Dünyadakı kasıb insanları təşkil edən 3,6 milyard nəfər 5 il ərzində 1 trilyon pul itirib. Amma Yer kürəsinin 62 ən zəngin insanı bu müddətdə varidatlarını 1 trilyondan 1,7 trilyona qədər çoxaldıblar.
Ümumdünya İqtisadi Forumunun açılış öncəsi dərc edilən hesabat zəngin insanların vergidən asanlıqla yayınaraq, sərvətlərini ofşor zonalara yerləşdirməsini, işçilərə mükafatların dayandırlımasını, ən yüksək və ən aşağı maaş arasında fərqin artmasını dünyada qeyri-bərabərliyin əsas səbəbləri adlandırıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər