Azərbaycan prezidenti Çinlə imzalanmış sənədləri təsdiq edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 09:48 | Şərh sayı: (0) | Baxılıb: 263
Azərbaycan prezidenti Çinlə imzalanmış sənədləri təsdiq edib

APA-nın məlumatına görə, prezidentin müvafiq fərmanları ilə Azərbaycan və Çin arasında həmin tarixdə imzalanmış digər sənədlər də - Azərbaycan və Çin hökumətləri arasında fitosanitariya əməkdaşlığı sahəsində Saziş, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə ÇXR-ın Energetika üzrə Dövlət İdarəsi arasında Anlaşma Memorandumu, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə ÇXR Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi haqqında Anlaşma Memorandumu, Azərbaycanın Nəqliyyat Nazirliyi ilə ÇXR-ın Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində Anlaşma Memorandumu, Azərbaycan Təhsil Nazirliyi ilə ÇXR-ın Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycanın “Azərbaycan Dəmir Yolları” QSC ilə ÇXR-ın Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair Saziş təsdiq edilib.
XİN-nə tapşırılıb ki, bu sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə ÇXR hökumətinə bildiriş göndərilsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər