“Qanunsuz” evlər təcili sənədləşdirilməlidir – DEPUTATDAN ÇAĞIRIŞ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 11:29 | Şərh sayı: (0) | Baxılıb: 254
“Qanunsuz” evlər təcili sənədləşdirilməlidir – DEPUTATDAN ÇAĞIRIŞ
Bu gün Azərbaycanın o bölgəsi, o yaşayış məntəqəsi tapılmaz ki, orada sənədsiz binalar, xüsusilə yaşayış evləri olmasın.
İş o yerə çatıb ki, ölkənin paytaxtı Bakıda da belə neqativ hallar yaşanır.
Və ən qəribəsi odur ki, “bütün dünyanın” gözü önündə Bakıda hündürmərtəbəli binalar tikilir, həmin binalara qaz verilmir. Hətta məlum olur ki, bu binaların sənədləri yoxdur.
Bəs, qanunsuz olaraq belə binaları necə tikə bilirlər? Doğrudanmı müvafiq qurumlar bunu görmürlər? Görmürlərsə, demək işlərinin öhdəsindən gələ bilmirlər. Yox, özlərini görməzliyə vururlarsa, bu daha böyük cinayətdir. İstənilən halda bunun əziyyətini sadə kütlə çəkir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı məsələ ilə bağlı Modern.az-a bildirib ki, bu gün ölkənin bütün rayonlarında minlərlə guya qeyri qanuni səxsi evlər tikilib. Yüzlərlə “novostroykalar”da insanlar yaşayır, lakin həmin binalar “təhvil alınmayıb” adı altında vətəndaşlar bu ev və mənzillərə sənəd ala bilmirlər. Çox təəssüf ki, belə hallar var və bu, insanlarımız üçün ciddi problemdir”.
“Hətta bəzən qanunsuz adlandırılan həyət evlərini söküb dağıdırlar. Bu məsələyə münasibətiniz necədir?” sualına xanım deputat “Hesab edirəm ki, hər iki məsələ təcili həll edilməlidir. Qanunsuz tikilən həyət evləri ilə bağlı bir neçə il bundan qabaq Möhtərəm Prezidentimiz müvafiq İcra strukturlarına rəsmi tapşırıq verdi. Məsələyə Milli Məclisdə baxıldı. Artıq müvafiq qərar var. Ona görə də düşünürəm ki, həm Bakıda, həm də rayonlarda bu problem tezliklə həllini tapmalıdır.
Çünki əks təqdirdə ciddi problemlər yaranır. Bir də görürsən illər öncə tikilmiş evlər sökülür. Bu da çox ciddi sosial narazılıqlar yaradır. Sual olunur, bu evlər tikiləndə guya əlaqədar qurumlar, yaxud insanlar bunu görmürdülər.
Digər məsələ, “novostroykalar...”dır. Burada da cox ciddi problemlər var. Yenə də illərdir ki, hamının gözü önündə vətəndaş bu evdə yaşayır, amma sənədləşdirmə aparılmır. O zaman niyə bu evlərdə yaşamağa icazə verilir. Axı sahibkarlarla müxtəlif strukturlar arasındakı hansısa məsələnin vətəndaşa nə aidiyyatı var. Ona görə hesab edirəm ki, bu məsələlərin təcili həll olunmasına ehtiyac var, uzandıqca problemlər və narazılıqlar çoxalır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər