Təcili tibbi yardım stansiyalarının işi artdı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 11:23 | Şərh sayı: (0) | Baxılıb: 362
Təcili tibbi yardım stansiyalarının işi artdı
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, 31 dekabr 2015 və 1 yanvar 2016-ci il tarixlərdə Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilib.
Belə ki, həmin günlərdə olan çağırışların sayı adi günlərdə qeydə alınan orta rəqəmlərdən təxminən 8 faiz cox olub.
Bildirilib ki, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük əsasən təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı xeyli artıb. Adi günlərdə olduğu kimi çağırışların əksəriyyəti böyüklərdə ürək-damar xəstəlikləri, arterial təzyiqlə bağlı olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər