Valyutadəyişmə məntəqələri nə üçün işləmir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 16:09 | Şərh sayı: (0) | Baxılıb: 324
Valyutadəyişmə məntəqələri nə üçün işləmir?
Manatın dollara nisbətdə ucuzlaşmasından sonra ölkədə əksər valyutadəyişmə məntəqələrinin fəaliyyyəti dayanıb.
Musavat.com-un əməkdaşı şahidi olub ki, səhər saatlarından etibarən mübadilə məntəqələri öncə valyuta məzənnə lövhəsindən dolların yeni qiymətlərini çıxarsalar da, sonradan fəaliyyətlərini tamamilə dayandırıblar.
Musavat.com-a danışan iqtisadçı Rəşad Həsənovun fikrincə, burada bir neçə səbəb var: “Birinci səbəb ondan ibarətdir ki, bu gün məzənnədə edilən dəyişikliklərin analizi aparılır. Özləri üçün müəyyən edirlər ki, sonrakı dövrlərdə hansı istiqamətlərdə kurslarını davam etdirəcəklər. İkinci səbəb odur ki, şənbə və bazar günləri məntəqələrin Mərkəzi Bankdan dollar almaq imkanı olmur. Buna görə də bir çox valyutadəyişmə məntəqələrində artıq xarici valyuta ehtiyatı tükənib. Bildiyimiz kimi, iki gün idi ki, valyuta bazarlarında müəyyən ajiotaj müşahidə olunurdu. Ajiotajın nəticəsində məzənnədə də müəyyən dəyişiklik baş vermişdi. Dollar təxminən 1.07 AZN-ə satılırdı. Bu gün böyük ehtimalla Mərkəzi Bank intervensiya həyata keçirməyib. Mərkəzi Bank tərəfindən dollar satışının olmaması isə valyutadəyişmə məntəqələrini çətin vəziyyətdə qoyub. Buna görə ən yaxşı halda müştərilərin qarşısına çıxmaq istəmirlər. Bir məqam da var ki, bu cür hallarda müştərilər valyutadəyişmə məntəqələrinə gedərək, oradakı şəxslərə öz iradlarını, qəzəblərini bildirirlər. Bu kimi səbəblərə görə, məntəqələrin bəzilərində fəaliyyət dayanıb”.
Əli Rais, musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər