Marketlərdən yerli məhsullar yoxa çıxıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-01-2016, 21:31 | Şərh sayı: (0) | Baxılıb: 338
Marketlərdən yerli məhsullar yoxa çıxıb

Musavat.com-un əməkdaşı bir neçə iri marketdə müşahidələr aparıb və yerli məhsullar üçün ayrılmış piştaxtaların boş qalmasının şahidi olub. Satıcılar bunu yerli şirkətlərin marketlərin malla təminatını azaltması ilə əlaqələndirirlər. Bir sıra şirkətlər məhsullarını ucuz satmaq istəmirlər, baha satmaqdan isə ehtiyat edirlər.
Qeyd edək ki, bir həftə əvvəl Nazirlər Kabinetində Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlət başçısı qiymətləri artıran yerli şirkətləri tənqid edib və bunun yolverilməz olduğunu bildirib.
Bunun ardınca, İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq süni qiymət artımına qarşı mübarizəyə başlayıb.
Ötən həftə ərzində analoji faktlarla bağlı bir neçə cinayət işi başlanılıb və həbs edilənlər olub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər