Ankara merindən ABŞ səfirinə mesaj: "Qayıt, ölkənə..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 19:39 | Şərh sayı: (0) | Baxılıb: 243
Ankara merindən ABŞ səfirinə mesaj: "Qayıt, ölkənə..."
Türkiyənin Ankara şəhərinin meri İbrahim Melih Gökçək rəsmi Tvitter hesabından ABŞ səfirinə ultimatum yollayıb.
Axar.az xəbər verir ki, paytaxt meri ABŞ-ın Türkiyədəki səfiri Con Bassı öz ölkəsinə geri qayıtmağa çağırıb: “ABŞ-da polis əhaliyə güllə atır, hansı ki, əhali polisə əl qaldırmır. Bizə isə terrorçuların polis və əsgərlərimizə necə hücum etdiyini izləyərək sakit durmağımızı tövsiyə edirsiz? Xeyr, biz bunlara dözməyəcəyik, cənab səfir. Siz ABŞ-ın səhv seçimisiniz. Öz ölkənizə geri qayıdın. Bizə isə bizi daha yaxşı tanıyan bir səfir yollayın”.
Xatırladaq ki, səfir Bass daha öncə Türkiyə polisinin radikallığından və ölkə ərazisindəki kürdlərə olan münasibətdən narahatlıq duyduğunu açıqlamışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər