İŞİD üzvü polisə zəng etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 09:22 | Şərh sayı: (0) | Baxılıb: 254
İŞİD üzvü polisə zəng etdi
İŞİD üzvü olduğu iddia edilən bir türk polisə zəng edərək haqqında axtarış qərarının olub-olmamasını soruşub.
Avropa.info xəbər verir ki, Əskişəhərdən Suriyaya gedərək İŞİD-ə qoşulan Ersen Ç. Adlı şəxs düz iki dəfə polisə zəng edərək özü barədə maraqlanıb.
İki il yarım əvvəl Suriyaya gedən Ersen Ç. daha sonra doğma şəhərinə qayıdaraq İŞİD üçün adam yığmağa başlayıb. 13 yaşlı qardaşını da Suriyaya aparan İŞİD-çi Kobanidə İŞİD bayrağı altında çəkilmiş fotolarını ailəsinə göndərib.
Polisə zəng edən Ersen Ç. “Suriyadan zəng edirəm. Türkiyəyə gələcəm. Haqqımda hər hansı bir axtarış qərarı varmı?” – deyə soruşub. Polis isə cavabında onun ən yaxın polis mərkəzinə gedərək, məlumat ala biləcəyini deyib. Polisin cavabına qarşılıq İŞİD-çi “Polislər ana, atam və qardaşımdan məni soruşublar. Axtarılmıramsa niyə soruşublar? Mən indi İŞİD-in ərazisindəyəm. Türkiyə mənim vətənimdir. Təkrar qayıdacağam. O zaman soruşaram”, – deyərək telefonu söndürüb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər