RSS
 

Login:
Şifrə:
» » Tәxribat düymәsinә basılıb - Sülhәddin Әkbәrdәn hadisә kimi yazı

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tәxribat düymәsinә basılıb - Sülhәddin Әkbәrdәn hadisә kimi yazı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 09:34 | Şərh sayı: (0) | Baxılıb: 261

Tәxribat düymәsinә basılıb - Sülhәddin Әkbәrdәn hadisә kimi yazı


Tәxribat düymәsinә basılıb - Sülhәddin Әkbәrdәn hadisә kimi yazı Ötən ilin 21 fevralında cəmiyyət üçün daha açıq şəkildə aydınlaşan maliyyə-iqtisadi böhran özü ilə bərabər dövlət idarəçilik sisteminin böhranını da üzə çıxardı.

Rüşvət, korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyata dayanan məmur-oliqarx idarəçilik sistemi “bahalı neft” ixracından ölkəyə daxil olan böyük maliyyə axını, zor və yalan hesabına bu günə kimi ayaqda inamla dura bilirdi. Ancaq 21 fevraldan başlayan açıq reqressin, - xüsusən də dünyada və regionda sərtləşən geopolitik qarşıdurma və dünya bazarlarında neftin qiymətinin sərt düşməsinin davamı fonunda, - dərinləşərək iqtisadi böhrana keçəcəyi, onun da ağır sosial-iqtisadi və sosial-siyasi nəticələr doğuracağı və mövcud rejimi silkələyəcəyi də aydınca görünürdü.

Belə ki, cəmi bir il ərzində dövlət büdcəsinin gəlir hissəsi 24.777,6 mld. ABŞ dollarından (2015- ildə 19.438 mln man : 0,7845 = 24.777,6 mld. ABŞ dolları olub) 9.277,7 mlrd ABŞ dollarına düşüb (bugünkü - 14 yanvar 2016-cı il kursu ilə büdcə gəliri: 14.566 mln: 1,57= 9.277,7 mlrd dollar edir). Dövlət büdcəsinin gəlir hissəsi üzrə real azalma: 24.777,6 - 9.277,7= -15.499,9 mlrd ABŞ dolları olub. Bu, faizlə: (15.499, 9:24.777,6) x 100= - 62.556 % edir.

Onu da nəzərə almaq lazımdır ki, qeydolunanlar 2016-cı ilin dövlət büdcəsinin gəlir hissəsinin nəzərdə tutulan miqdarıdır. Bəs, bu gedişlə büdcə öhdəlikləri yerinə yetirilə bilərmi?!

1 - Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti artıq 31,55 dollara bərabərdir. AR-in neft istehsalının azalmaqda olduğu, dünya bazarlarından, - daha ucuz neft təklif edənlər tərəfindən,- sıxışdırılması, ABŞ-ın artıq dünya neft bazarına çıxması, İrana tətbiq edilən sanksiyaların da bu günlərdə götürülməsinin gözlənilməsi, Çində iqtisadi böyümə tempinin düşməsi, eyni zamanda FES-in bu il ərzində bir neçə dəfə faiz stavkalarını artıracağının gözlənməsi də nəzərə alınarsa, bu sürətli enişin davam edəcəyi və Azərbaycanda böhranın ilin ikinci yarısından etibarən, ilin sonuna doğru dibə vuracağı gözlənilir.

2- Nəzərə alınmalıdı ki, dünya bazarında neftin 1 barrelinin qiymətinin 40 dollardan aşağı düşəcəyi halda, Azərbaycanın mövcud (həqiqətən mövcudsa!) maliyyə ehtiyatları ilə, - xarici yardım almadan , - cəmi 6 ay dözə biləcəyi proqnozlaşdırılır.

3 - Hesablamalara görə, manatın bugünkü real kursu, təqribən, 1 ABŞ dolları = 2.1 manatdır. Manatın üzən məzənnəyə keçidi elan edilsə də tənzimlənməsi, deməli, azalan maliyyə ehtiyatlarının sürətlə əriməsinin davam edəcəyinin göstəricisidir. Dolların da bahalaşmaqda davam edəcəyi nəzərə alınarsa, bu gedişlə ilin birinci yarısının sonuna doğru 1 ABŞ dollarının 4.75 manat olacağı və milli maliyyə ehtiyatlarının tükənəcəyi gözlənilir.

4 - 2015-ci ilin 10 ayı ərzində ÜDM real dəyərdə 31,1% azalıb və bu meyl davam etməkdədir. Yeri gəlmişkən, bu rəqəm yaxın perspektivdə 1 milyondan artıq (!) işçinin işsizlər ordusuna qatılacağını “vəd edir”...

Göründüyü kimi, bu gedişlə büdcə öhdəliklərinin yerinə yetirilməsi mümkün olmayacaq.

12 yanvar 2016-cı ildə, yeni büdcə ili başlayar-başlamaz, Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovun: “Ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0 faiz ixtisar edilməsi qərarına gəlinib” - deməsi bir daha gəldiyimiz bu qənaəti təsdiqləməkdədir.

Bu halda, - mövcud şərtlərdə korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyatla səmərəli, xüsusən də iqtisadi yollarla mübarizənin mümkün olmadığı da nəzərə alınarsa,- inflyasiyanın hiperinflyasiyaya keçəcəyi, alıcılıq qabiliyyəti kəskin aşağı düşmüş əhalinin sosial durumunun kəskin pisləşəcəyi, dözülməz hal alacağı və kütləvi etirazların bütün ölkəni bürüyəcəyi gözləniləndir.

Yaranmış bu durum hakimiyyətdən təxirəsalınmaz antiböhran tədbirlərinin görülməsini, geniş və dərin demokratik islahatlara və “böyük təmizləmə”yə başlamasını tələb edir (Tanınmış siyasətçi Prezidenti hökuməti tam tərkibdə istefaya göndərməyə çağırdı: "Yaranmış durum "böyük təmizləmə" tələb edir").

Bu səbəbdən dövlət başçısı tələsik bir sıra addımlar atmağa məcbur olub.

Dövlət başçısı İlham Əliyevin zamanın imperativ tələbinə çevrilmiş təxirəsalınmaz antiböhran tədbirləri görməsinin, geniş və dərin demokratik islahatlara və “böyük təmizləmə”yə başlamasının önlənməsi üçün hakimiyyətdaxili məlum qüvvələr və onların xarici havadarları vaxt itirmədən hərəkətə keçiblər. Çünki ali dövlət hakimiyyəti orqanları başda olmaqla, bütün dövlət və hökumət orqanlarında, dövlət məmurları arasında “böyük təmizləmə” aparılsa , ilk növbədə, aparılacaq islahatlara bu və ya başqa şəkildə mane olacaq:

- yaşlı, tibbi-bioloji baxımdan əmək qabiliyyətini itirmiş və təqaüd yaşı çatmış kadrlar;

- siyasi-mənəvi baxımdan vaxtı çoxdan ötmüş keçmiş sovet və postsovet kadrları;

- rüşvətxor, kriminal-korrupsioner, inhisarçılıqda və gizli iqtisadiyyatda payı olan kadrlar;

- məmur-oliqarxlarla, hakimiyyətdaxili kriminal-korrupsioner qruplarla bağlı olanlar;

- maraqların konfliktinin qaçılmazlığı səbəbindən biznesi olan bütün dövlət məmurları;

- və 5-ci kolonun nümayəndələri kütləvi şəkildə işdən azad edilməlidir. Bir çoxlarının isə, eyni zamanda cəzalandırılacağı gözlənilir.

Azərbaycanda xalqın siyasətdən tam uzaqlaşdığı, ictimai-siyasi fəallığın “dibə vurduğu” bir zamanda yerlərdə xalqın həmən özünütəşkili və “erkən sosial etirazlar”ın başlaması ciddi suallar və şübhələr yaradır. Sosial tələblərlə başlayan bu etirazların Rusiyaya (Siyəzən), İrana (Lənkəran) və Ermənistana (Fizuli) sərhəd və ya yaxın rayonlardan başlaması da çox maraqlıdır və təsadüfi sayılmamalıdır.

Eyni zamanda, dövlət başçısı İlham Əliyevin təxirəsalınmaz antiböhran tədbirləri çərçivəsində gördüyü bir sıra tədbirləri (aksiz mallarından olan spitli içkilərin və tütün məhsullarının plastik kartla satışı, banklara valyuta məzənnələrinin müəyyən edilməsində sərbəstlik verilməsi, fiziki şəxslər gömrükdən adambaşına 10.000 ABŞ dolları dəyərində mal keçirməyə icazə verilməsi və s.) qısa müddətdən sonra yenidən ləğv etməsi və ya müvəqqəti durdurmasının arxasında da bu qüvvələrin uzun kölgələri görünür.

Yoxsa, Azərbaycanın siyasi hakimiyyəti üçün qum saatı işə salınıb - gerisayım başlayıb?! Çünki ölkədə təxribat düyməsinə artıq basıldığı görüntüsü var.

Bir şey də aydın nəzərə çarpır ki, ölkədə gedən bu reqress artıq mürəkkəb sistem böhranı xarakteri alıb və məlum səbəblərdən proseslərin inkişaf sürəti zamanla daha da artacaq.

Daxilən qırılqan, xarici təsirlərə isə həsas və açıq olan Azərbaycan böyük sınaq qarşısındadır. Zaman bizdən, xüsusən də siyasi iqtidardan və onun rəhbərindən vaxt itirmədən hərəkətə keçməyi, qəti addımlar atmağı tələb edir. Çünki bir millət və dövlət olaraq yaranmış vəziyyətdən mümkün olan ən qısa müddətdə və ən az itki ilə çıxmamız üçün mövcud olan resurslar əsasən hakimiyyətin, xüsusən də Prezidentin əlində cəmləşib.

Əks təqdirdə, başda siyasi hakimiyyət olmaqla, hamımız bütün Azərbaycanın uduzması təhlükəsi ilə üzbəüz qalmağa və itirməyə hazır olmalıyıq./strateq.az/


Sülhəddin Əkbər,
Azad Demokratlar Partiyasının sədri

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor