SOCAR-ın vitse-prezidenti: "İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 23:48 | Şərh sayı: (0) | Baxılıb: 330
SOCAR-ın vitse-prezidenti: "İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb"
SOCAR "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərin cəsədləri Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb.
Ixlas.Az APA-ya istinadən bildirir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.
X. Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir.
Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: "Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan paylaşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil".
Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edəb videokadrlar nümayiş etdirilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər