Valyutadəyişmə məntəqələrinin lisenziyalar ləğv olundu: 6 min iş yeri bağlandı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:00 | Şərh sayı: (0) | Baxılıb: 238
Valyutadəyişmə məntəqələrinin lisenziyalar ləğv olundu: 6 min iş yeri bağlandı
Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandı.
Bu məlumatı musavat.com-a valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.
Hazırda 28 May küçəsində yerləşən "exchange"lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.
"Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı "exchange"lər yaradırlar" - deyə Amil Mürvətov adlı şəxs bildirib.
Hazırda bütün "exchange"lər bağlıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər