Xarici valyutaların yüksək məzənnəsi tələbin artması ilə bağlıdır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-01-2016, 20:02 | Şərh sayı: (0) | Baxılıb: 262
Xarici valyutaların yüksək məzənnəsi tələbin artması ilə bağlıdır
Bankların müəyyənləşdirdiyi alış/satış məzənnəsi ilə Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsi arasında fərq manatın üzən məzənnə rejiminə keçməsindən sonra avtomatik olaraq ləğv edilib.
Bunu Trend-ə Azərbaycan Banklar Asssosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, üzən məzənnə rejimi o deməkdir ki, bankların özündə və valyutadəyişmə məntəqələrində mübadilə məzənnəsinin formalaşmasında heç bir məhdudiyyət yoxdur: "Banklar hər bir mübadilə məntəqəsi üçün onun yerləşdiyi ərazidə tələb və təklifin əsasında fərdi olaraq mübadilə məzənnəsi formalaşdırır".
Z.Nuriyev qeyd edib ki, mübadilə məntəqələrində valyutaların yüksək satış məzənnəsi ilk növbədə xarici valyutaya tələbin artması ilə bağlıdır: "Hazırda mübadilə məntəqələrinin əməliyyatlarının 90 faizindən çoxu valyuta satışının payına düşür. Əhali əsasən valyuta alır, onu satmır. Lakin əhali arasında ajiotajın azalmasından sonra mübadilə məntəqələrində vəziyyət normallaşacaq".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər