Nardaranda sökülən obyektlərə görə kompensasiya verildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 00:09 | Şərh sayı: (0) | Baxılıb: 288
Nardaranda sökülən obyektlərə görə kompensasiya verildi
Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində yolun genişləndirilməsi ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə görə 11 nəfərə kompenasiya verilib.
Aznews.az bildirir ki, bu barədə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.
O bildirib ki, sökülən daha 51 obyektin sənədləri hazırlanır, yaxın vaxtlarda onlara da kompensasiya ödəniləcək: "Növbəti mərhələdə isə torpaq sahələrinə görə kompensasiyalar ödəniləcək".
Xatırladaq ki, Abşeron küçəsində siyahıya alınmada yolun tikintisi altına düşən 96 təsərrüfat qeydə alınıb. Onlardan 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər