Nardaranda daha bir məscidin axundu həbs edildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 14:49 | Şərh sayı: (0) | Baxılıb: 473
Nardaranda daha bir məscidin axundu həbs edildi
Nardaran hadisələri ilə bağlı qəsəbədə daha bir məscidin axundu həbs edilib. Bu barədə Trend-ə Nardaran sakinləri bildiriblər.
Sakinlərin sözlərinə görə, həbs olunan şəxs Nardaran qəsəbəsində Ağa məhəlləsində Cümə məscidinin axundu olduğunu iddia edən hacı Ataməli Nurdur. O, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 30 sutkalıq həbs - qəti imkan tədbiri seçilib.
Sakinlərin sözlərinə görə, hazırda hacı Ataməli Nur Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Hacı Ataməli Nurun Nardaran hadisələri ilə bağlı həbs olunduğu bildirilir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, Nardaran Cümə məscidi QMİ-də qeydiyyatdan keçib və oranın axundu hacı Musa Qasımov təyin edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər