Doğum evləri və qadın məsləhətxanalarının işi müzakirəyə çıxarıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 15:44 | Şərh sayı: (0) | Baxılıb: 287
Doğum evləri və qadın məsləhətxanalarının işi müzakirəyə çıxarıldı
Bakı şəhər Baş Səhiyyə İdarəsində paytaxtın doğuşayardım tibb müəssisələrində hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsi işlərinə dair iclas keçirilib.
Səhiyyə Nazirliyi mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliyin Tibbi Yardımın Təşkili şöbəsinin məsləhətci G.Ağayeva, Səhiyyə Nazirliyinin baş anestezioloq –reanimatoloqu A.Qədirov, Respublika Perinatal Mərkəzinin direktoru S.Məmmədova və doğuşayardım xidməti göstərən tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda bir sıra göstərişlər verilib.
Belə ki, hamilə qadınlara ərazi qadın məsləhətxanaları tərəfindən göstərilən antenatal xidmət, o cümlədən, hamilələrin özəl tibb müəsissələrində qeydiyyatda olduğu halda Səhiyyə Nazirliyinin 06.03.2013-cü il tarixli 21 nömrəli əmrinin icrası üzrə müəssisələr arasında müvafiq qayadada əlaqəli işin diqqətdə saxlanılması, risk qrupundan olan hamilələrə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb, onlara müvafiq mütəxəssisilərlə konsiliumun təşkil olunmasının gərkliliyi və vaxtında stasionarlaşdırılması barədə muzakirələr aparılıb.
Stasionarlarda aparılan doğuşayardım xidməti üzrə müzakirələrdə həkim seçimi məsələsinin müəssisə rəhbərliyi tərəfindən tənzimlənməsi, kadrların potensialı və hazırlıq vəziyyətinin qiymətləndirilməsi, tibb işçilərinin öz vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması, müəssisədaxili nizam-intizam qaydalarına riayət edilməsi istiqamətində göstəriş verilib.
İclasda mütəxəsisslər çıxış edərək, ana ölümlərinin qarşısının alınması və hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin təkmilləşdirilməsinə dair öz təkliflərini veriblər.
Yekun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın (2013-2017-ci illər), Səhiyyə Nazirliyinin doğuşayardım xidmətı üzrə müvafiq əmr və sərəncamlarının, təlimat və klinik protokollarının icrasına nəzarətin artırılması, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi istiqamətində baş həkimlərə tapşırıqlar və bu sahədə müntəzəm olaraq monitorinqlərin keçiriləcəyi barədə məlumat verilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər