Ağ Ev rəsmisi: “İŞİD 2016-da da öz mövcudluğunu saxlayacaq...” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-01-2016, 14:36 | Şərh sayı: (0) | Baxılıb: 366
Ağ Ev rəsmisi: “İŞİD 2016-da da öz mövcudluğunu saxlayacaq...”
İŞİD terror qruplaşması 2016-cı ildə də məhv edilməyəcək. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods bildirib.
“İŞİD öz mövcudluğunu davam etdirəcək. Onu 2016-cı ildə də məhv eləmək mümkün olmayacaq”, - deyə o, Ağ Evdə keçirdiyi birifinqdə söyləyib. Ağ Ev rəsmisi İŞİD-i “əl-Qaida” ilə müqayisə edib: “O da az miqyasda olsa da, öz mövcudluğunu saxlamaqdadır”.
“Bununla belə, ABŞ İŞİD-i “təhlükəsizlik zona”ların xeyli hissəsindən məhrum etməyə ümid edir. Bu da onun İraq və Suriyada geniş ərazilərə nəzarəti itirməsinə gətirməlidir” – qeyd edib Rods. O, həmçinin, Birləşmiş Ştatların Suriyadakı konfliktin siyasi həllinə ümid bəslədiyini qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər