İŞİD-in "naziri" tutuldu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 20:38 | Şərh sayı: (0) | Baxılıb: 324
İŞİD-in "naziri" tutuldu
İraqın Ər-Ramadi şəhərinin azad olunması uğrunda aparılan əməliyyat zamanı İraq hərbçiləri İŞİD-də maliyyə naziri rolunu icra edən terrorçunu ələ keçiriblər.
APA-nın RIA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi komandanlığın informasiya bürosu məlumat yayıb. Hərbi qüvvələrə "maliyyə naziri"nin yeri barədə şəhər sakinləri məlumat veriblər. Bildirilir ki, o, əhali arasında gizlənərək terrorçuların tam zərərsizləşdirilməsindən sonra qaçmağı planlaşdırıb.
İraq ordusu dekabrın 27-də Ənbar vilayətinin Ər-Ramadi şəhərinin İŞİD terrorçularından tam azad edildiyini bəyan edib. Lakin vilayət qubernatoru ərazinin 20 faizinin hələ terrorçuların əlində olduğunu bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər