ABŞ İraq əsgərlərini səhvən vurduğunu etiraf edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-12-2015, 10:09 | Şərh sayı: (0) | Baxılıb: 249
ABŞ İraq əsgərlərini səhvən vurduğunu etiraf edib
10 İraq hərbçisinin həyatına son qoyan ABŞ hava qüvvələrinin avia zərbəsində həm Vaşinqton həm də Bağdad rəsmilərinin səhvi olub. "Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eş Karter deyib.
Karter etiraf edib ki, ABŞ-ın qırıcı təyyarəsindən atılan bomba İraqın mərkəzindəki Fəlluca şəhəri yaxınlığında İraq təhlükəsizlik qüvvələrinin yerləşdiyi əraziyə düşüb: "Ancaq bu ərazi əsasən "İŞID" terrorçularının nəzarəti altındadır".
O, İraq baş naziri Heydər Əl-Abadiyə hadisəyə görə baş sağlığı verib. Hər iki lider hadisənin araşdırılması barədə razılığa gəliblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər