Dərmanların qiymətinin tənzimlənməsi davam etdiriləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 12:16 | Şərh sayı: (0) | Baxılıb: 277
Dərmanların qiymətinin tənzimlənməsi davam etdiriləcək
“Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdiriləcək”.
Bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib. O bildirib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin gələn ilin ortalarına qədər başa çatdırılması nəzərdə tutulub. Şöbə müdiri əlavə edib ki, dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsi başa çatdırılıb: “Həyati vacib və daha çox tələbat olan dərman vasitəsinin qiymətləri təsdiq edilib”.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının son iclasında daha 1510 yeni dərman vasitəsinin qiymətləri, həmçinin şuranın əvvəlki qərarları ilə təsdiq edilmiş 3540 dərman vasitəsinin manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yeni qiymətləri müəyyənləşdirilib. Ümumilikdə 5050 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qiymətlərin qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3661 dərman vasitəsinin qiymətləri qüvvədədir, qiymətləri təsdiqlənmiş digər 1389 dərman vasitəsinin qiymətləri isə 25 fevral 2016-cı il tarixindən qüvvəyə minəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər