Devalvasiya sürünən rejimə keçib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:29 | Şərh sayı: (0) | Baxılıb: 287
Devalvasiya sürünən rejimə keçib
Dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra avro və dollar 19%-dən çox bahalaşıb
Tarix : 08-01-2016 13:57
Azərbaycan Mərkəzi Bankı (AMB) son 12 ayda manatın üçüncü dəfə devalvasiyası barədə şayiələri təkzib etdiyi vaxtda milli valyuta son iki gündə dollara və avroya nisbətdə 15-20 qəpik dəyərdən düşüb.
"Manatın yeni devalvasiyasının olacağı barədə şayiələrin əsası yoxdur. Manatın dollara nisbətən məzənnəsi yeni məzənnə siyasəti — tələbat və təklif əsasında müəyyən edilir. Mərkəzi Bank valyuta satışını hərraclar vasitəsilə həyata keçirir", - AMB-nin cümə axşamı yaydıı bəyanatda deyilir.
"Bundan əlavə, bank sektorunun maliyyə davamlılığının gücləndirilməsi, o cümlədən əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır", - AMB bildirib.
Lakin AMB-nin bəyanatlarına baxmayaraq, sürünən devalvasiya davam edir.
Əgər yanvarın 7-də səhər valyutadəyişmə məntəqələri və banklar dolları 1,66-1,68 manata, avronu isə 1,82 manata satırdılarsa günün sonunda xarici valyuta 5-7 qəpik bahalaşıb.
Yanvarın 8-də səhərdən dollar 1,82 manata satılır, 1,72 manata alınır.
Avro demək olar ki, 2 manata satılır, 1,85 manata alınır.
Beləliklə, dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra avro və dollar 19%-dən çox bahalaşıb. Turan İ.A
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər