Azərbaycan Müdafiə Nazirliyi XƏBƏRDARLIQ edir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 16:14 | Şərh sayı: (0) | Baxılıb: 329
Azərbaycan Müdafiə Nazirliyi XƏBƏRDARLIQ edir
Ordumuz ermənilərin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək üçün cavab tədbirləri görəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub: "Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcəkdir".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər