"Heç olmasa həbsxanada məni döyən olmaz" - Oğluna ərini güllələtdirən ana |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-11-2015, 16:03 | Şərh sayı: (0) | Baxılıb: 329
"Heç olmasa həbsxanada məni döyən olmaz" - Oğluna ərini güllələtdirən ana
Bu ilin yanvar ayında Xaçmazda ailə-məişət zəmnində baş vermiş qətl hadisəsi ilə bağlı çıxarılmış məhkəmə hökmü qüvvədə saxlanılıb.
Trend-in məlumatına görə, qətli törətmiş Əmir Seyidovun vəkili müvəkkilinin cəzasının yüngülləşdirilməsi üçün Apelyasiya Məhkəməsinə müraciət edib.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Ə.Aslanov atasını ov tüfəngi ilə qətlə yetirib. Qətlə yetirilən Bünyad Seyidovun cəsədi yaşadığı evin həyətindəki tualet quyusuna atılıb.
Məhkəmə zamanı Ə.Aslanovun anası Şamama Seyidova oğlunu atasını öldürməyə təhrik etməkdən peşman olmadığını bildirib: "Hər dəfə sərxoş gələndə əsassız söhbətlərə görə məni döyürdü. Bezdim və onu öldürməyə qərar verdim, heç olmasa həbsxanada rahat yaşayaram. Orada məni döyən olmaz".
Ə.Seyidov isə özünü qismən təqsirli hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Seyidova 15, Ə.Seyidov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Ə.Seyidov apellaysiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib. Lakin Sumqayıt Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər