Azərbaycanın bəzi zonalarında və Xəzərdə seysmiklik artıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 14:16 | Şərh sayı: (0) | Baxılıb: 406
Azərbaycanın bəzi zonalarında və Xəzərdə seysmiklik artıb
Bu il ərzində Azərbaycanın şimal zonası - Oguz, Şamaxı-İsmayıllı seysmik zonasında və Şabran və Talış zonasında seysmikliyin artımı müşahidə olunur.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, 2015-ci ildə 2014-cü ilə nisbətən Xəzərin seysmikliyi bir qədər artıb, ayrılan seysmik enerji isə 2 dəfə az olub: "Vəndam, Daşgil-Mudrəsə, Siyəzən, Mahaçqala-Türkmənbaşı, Öntalış uzununa, Tərtər-Oğuz, Girdimançay eninə, Axvay, Taircalçay-Salyan ortoqonal dərinlik qırılmaları istiqaməti boyu aktivləşmə müşahidə olunur. Nisbətən yüksək seysmik aktivlik Böyük Qafqazın cənub-şərq yamacında Oğuz (A10=1.6-2.0), Şəki (A10=1.0), Qəbələ (A10=1.0-1.6), Şamaxı-İsmayıllı (A10=0.4-2.0), Şabran (A10=1.6-1.9), Talış (A10=0.6-1.9) zonalarda müəyyən olunur. Bununla yanaşı, Xəzər dənizində Abşeronun şimal, mərkəzi, cənub hissəsində aktiv sahələr (A10=0.4-1.6), İran zonasında (Təbriz ş.) (A10=0.6-2.0) müşahidə olunur".
Mərkəzdən qeyd edilib ki, respublika ərazisində gərginlik vəziyyəti 2014-cü ilə nisbətən Böyük Qafqazın cənub-şərq yamacında bir qədər azalıb, Kiçik Qafqaz və Talış bölgələrində isə gərgin olaraq qalır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər