SOS: "xeyriyyəçi" fırıldaqçılar artıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-11-2015, 11:21 | Şərh sayı: (0) | Baxılıb: 299
SOS: "xeyriyyəçi" fırıldaqçılar artıb
"Sığınacaqdan çıxan uşaq və qadınlardan, əlillərdən, eləcə də imkansız ailələrin adından istifadə edərək xeyriyyə aksiyaları, yardım kampaniyaları keçirən fırıldaqçıların sayı artıb.
Bunu virtualaz.org saytına Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata fırıldaqçı "xeyriyyəçi"lərlə bağlı şikayət və məlumatlar daxil olub: "Onlardan bir neçəsinin adları məlumdur. Təəssüf ki, imkansızların adından belə fırıldaqlarla məşğul olanların əksəriyyəti qadınlardır. Onlar sosial şəbəkədə səhifələr yaradaraq əlillərin şəkillərini paylaşırlar. Lakin ünvan, bank hesabları göstərilmir. Yardım edənlərlə də birbaşa özləri görüşürlər. Sığınacaqdan çıxan qadınlardan da öz məqsədləri üçün istifadə edirlər".
K.Ağazadə yardım etmək istəyənlərə də xəbərdarlıq edib: "Toplanan yardımların ünvana çatıb-çatmadığını araşdırsınlar. Yaradılan səhifələrdə göstərilən uşaqların hansı ünvanda yaşadığını öyrənsinlər. Bundan əlavə, belə insanlara qarşı ictimai qınaq formalaşmalıdır".
Təşkilat rəhbəri məsələ ilə bağlı araşdırma aparıldığını da dedi: "Müxtəlif vasitələrlə tanınmış şəxslərə də müraciət edirlər. Belə insanlara qarşı ciddi tədbirlər görülməlidir".
Qeyd edək ki, son vaxtlar internetdə, xüsusilə də sosial şəbəkələrdə ələlxüsus da dini səhifələr yaradılaraq əlillərə, kimsəsizlərə yardım istənilir.
Məsələn, "İslama doğru xeyriyyə fondu" adlı səhifədə yardımları hətta "Azercell" və "Bakcell" konturları vasitəsilə də edilə biləcəyi göstərilir.
Azərbaycan Uşaqlar Birliyi məsələ ilə bağlı bəyanat yayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər