Tehranda Nardaran şəhidlərinin ərbəyin mərasimi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 20:17 | Şərh sayı: (0) | Baxılıb: 338
Tehranda Nardaran şəhidlərinin ərbəyin mərasimi
Azərbaycan İslam Partiyasının məzlum şəhidlərinin ərbəyin mərasimi çərşənbə axşamı günü gecə Tehranda keçirilib.
Bakının Nardaran qəsəbəsindəki azəri şiə və islamçılarının hələ də Bakı rejimi hökumətinin təhlükəsizlik və hökumət qüvvələrinin təzyiqləri altında qaldıqları bir halda belə deyilir ki, bu məntəqədə su da kəsilibdir.
Tehran əhalisi Azərbaycan Respublikasının hökumət və polis qüvvələrinin Rəhimə xatun(s.ə.) ziyarətgahının ətrafında yerləşən Bakınin Nardaran hüseyniyyəsinə qarşı hücumunun qırxıncı günü ilə bir vaxtda ərbəyin mərasimi keçirib.
Bu mərasim şam və xıftən namazlarından sonra Tehranın İmam Həsən Muctəba(ə) məscidində keçirilib.
Bakı rejiminin qüvvələri Nardaran hüseyniyyəsinə hücum zamanı İmam Hüseyn(ə) əzadarları və namazqılanlardan bir qrupunu şəhid etməkdən əlavə, bəzi ruhani və din fəalını da həbs etdilər ki, bu şəxslər hələ də məhbəsdədirlər.
Qeyd edək ki, dünyanın ikinci şiə sakinli ölkəsi olan Azərbaycan Respublikasında islamçılara qarşı təzyiqlərin şiddətlənməsi İran xalqının, xüsusən Azərbaycan diyarındakı həmvətənlərimizin geniş etirazlarına səbəb olubdur.
İranda imamcümələr, universitet işçiləri və ictimai xadimlər Azərbaycan Respublikası hökmranları tərəfindən belə hərəkətlərin davam etdirilməsindən nigaranlıq edərək, bəzi ekspertlərin qənaətinə görə, Azərbaycan Respublikasındakı vəhhabilik cərəyanının və sionist rejimin təhriki ilə icra olunan bu təzyiqlərə son qoyulmasını istəyiblər.
Sahar Tv
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər