"Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-01-2016, 19:17 | Şərh sayı: (0) | Baxılıb: 235
"Xəzərdə neft-qaz ehtiyatları hesablamalardan daha çoxdur"
Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatları hesablamalardan daha çoxdur. Hazırda təxminən 24-25 perspektiv neft-qaz strukturu var.
Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun geologiya-mineralogiya elmləri doktoru, professor Fərid Dadaşov bildirib.
O qeyd edib ki, bütün strukturlarla birgə təxminən 10 trln. kubmetr karbohidrogen ehtiyatları var.
F.Dadaşovun sözlərinə görə, bu ehtiyatlar əsasən qaz və kondensat ehtiyatlarıdır:
"Perspektiv strukturlar açıldıqdan sonra ehtiyatlar daha dəqiq müəyyənləşəcək. Bu perspektiv strukturların ehtiyatları böyükdür. Bu strukturlar barədə Azərbaycan alimlərinin uzun illər apardığı seysmik tədqiqatlar zamanı ətraflı qeyd olunub".
O qeyd edib ki, hazırda çıxarıla bilən ehtiyatlar dənizin şelf zonasında olan yataqlarda hesablanır:
"Dənizin daha dərinliklərində kəşfiyyata ehtiyac var. Bu isə böyük məbləğ tələb edir və risklidir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər