Xəzərdə ekoloji fəlakətin qarşısı alındı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 20:28 | Şərh sayı: (0) | Baxılıb: 276
Xəzərdə ekoloji fəlakətin qarşısı alındı
SOCAR "Günəşli" yatağında yanğın baş verən özüldəki quyudan mümkün neft dağılmalarının qarşısını alıb.
Bu barədə Trend-ə neft-qaz bazarındakı mənbə məlumat verib.
Bunu dekabrın 15-də quyulardan birinin söndürülməsindən sonra etmək mümkün olub. Yanan quyu ehtimal olunan neft dağılmalarına görə ekologiya üçün böyük təhlükə törədirdi.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər