Avro daha da ucuzlaşacaq SƏBƏBLƏR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-12-2015, 21:25 | Şərh sayı: (0) | Baxılıb: 306
Avro daha da ucuzlaşacaq SƏBƏBLƏR
Dünya bazarlarında xam neft və təbii qazın ucuzlaşmağa davam etməsi avropalıların alıcılıq qabiliyyətini artırıb.
Milli.Az The Financial Times-a istinadən bildirir ki, "Ernst&Young"ın avrozonanın iqtisadiyyatı ilə bağlı proqnozunda belə deyilir.
Bu il ABŞ dollarının avroya olan kursu orta hesabla 1,11-ə bərabərdir. Analitiklərin fikrincə, 2016-cı ildə kurs daha da aşağı düşərək 1 avro =$1.07-a çatacaq.
Əsas səbəb Avropa Mərkəzi Bankının genişlənməyə yönəlmiş pul-kredit siyasətidir. Əgər ABŞ-da federal fondların stavkalarının artırılması müzakirə olunursa, Avropanın Mərkəzi Bankı (AMB) istiqrazların alışını 2017-ci ilədək artırmaq niyyətindədir. AMB-nin başçısı Mario Draqi hətta ən önəmli stavkaların bundan sonra da azaldılacağını bəyan edib.
Nəticədə Avropanın maliyyə bazarlarında uzun müddət ucuz pullar olacaq.
Ucuz avro Britaniya, ABŞ və Çindən daha çox turist cəlb edəcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər