Azərbaycandan 800 min manatlıq yardım |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 21:04 | Şərh sayı: (0) | Baxılıb: 258
Azərbaycandan 800 min manatlıq yardım
Azərbaycan Tacikistana humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir.
Xatırladaq ki, cari ilin dekabr ayının 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.
Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət edib.
Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından FHN hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər