Dərmanların qiymətləri yenidən artacaq? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 16:07 | Şərh sayı: (0) | Baxılıb: 367
Dərmanların qiymətləri yenidən artacaq?
Azərbaycanda qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların siyahısına yenidən baxılmasına zərurət yaranacaq.
Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan dərman vasitələrinin 95 faizini xaricdən alır: "Onlar xaricdən dollarla alınır. Dolların da manata nisbəti dəyişdiyinə görə həmin dərmanların qiymətləri dəyişəcək. Buna görə də ya Tarif Şurası dollar-manat nisbətinə uyğun indeksasiya tətbiq etməklə qiymətlərə yenidən baxmalıdır, ya da qiymətlər sərbəst buraxılmalıdır. Çünki sahibkar onu bu qiymətə gətirə bilməyəcək".
M.Quliyev hesab edir ki, dərmanların qiymətləri sərbəst şəkildə müəyyənləşdirilərsə, onda yalnız həyatı vacib dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənməlidir.
Deputatın fikrincə, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların qiymətlərinin hansı səviyyədə arta bilməsi dərmanların hansı ölkədən və dolların hansı məzənnəsi ilə alınmasından asılıdır.
M.Quliyev deyib ki, ölkədə səhiyyə xidmətlərinin bahalaşması gözlənilə bilər: "Amma bu, indi deyil, bir müddət sonra baş verə bilər. Manatın dollar və avroya nisbətən məzənnəsinin dəyişməsi səhiyyə xidmətlərinin artması üçün əsas səbəb deyil. Müəyyən xidmətlərin, xəstəxanaların aldıqları avadanlıqların və materialların qiymətlərinin artması səhiyyə xidmətlərinin qiymətlərinə də təsir edəcək".
Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər