Müdafiə Nazirliyinin etirafı: Gərginlik son dərəcə artıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 00:02 | Şərh sayı: (0) | Baxılıb: 259
Müdafiə Nazirliyinin etirafı: Gərginlik son dərəcə artıb
Bəli, son günlər cəbhə xəttində ciddi gərginlik müşahidə olunur, gərginlik hiss olunacaq dərəcədə artıb. Bu gərginliyi isə ermənilərin özləri yaradır.
Bunu Milli.Az-ın rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlayıb.
Nazirliyin sözçüsü bildirib ki, cəbhə xəttində həm atəşkəsin pozulması halları, həm də minaatanlardan istifadə edilməsi halları çoxalıb: "Erməni tərəfinin onlarla itkiləri var, amma onları bir-bir üzə çıxarırlar. Bu gün bir nəfərin itkisini barədə məlumat yayıblar. Deyirlər ki, snayperlə vurulub. Amma hansı tərəfdə olduğu deyilmir. Biz isə onların itkilərini qeydə almırıq".
Lakin V.Dərgahlı müşahidə olunan gərginliyin səbəbini açıqlamaqda çətinlik çəkib: "Bunu nə iləsə əlaqələndirmək olmur. Çünki ermənilərin işi elə ancaq stabilliyi pozmaq, cəbhədə gərginlik yaratmaqdır. Bütün bunların kökü isə birbaşa onların hərbi-siyasi rəhbərliyinə, müdafiə naziri Seyran Ohanyana və prezident Serj Sarkisyana gedib çıxır. Bunun qarşısında ordumuzun gördüyü cavab tədbirlərinin nəticələrinə görə məsuliyyət də Ermənistanın cinayətkar rejiminin, hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər