İŞİD-in daha bir vəhşiliyi: kölə qadınlar üçün çuxurlar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 14:08 | Şərh sayı: (0) | Baxılıb: 526
İŞİD-in daha bir vəhşiliyi: kölə qadınlar üçün çuxurlar
"Bax, o yazıqları burada, bu çuxurlarda saxlayırdılar. Çuxurlar həbsxana kameraları kimi istifadə olunurdu".
Suriyanın şimalında, səhralıq bölgədəki üstü dəmir lövhə ilə örtülmüş beton çuxurları göstərən kürd döyüşçü bunu deyir.
Milli.Az Sky News-a istinadən bildirir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ötən ilin avqust ayında İraqın şimalındakı Sincar şəhərini ələ keçirəndən sonra minlərlə yezidi əsir almış, minlərlə yezidi qətlə yetirmişdi.
Əsir alınmış yezid qadınlar və qızlar kölə kimi alınıb-satılıb, onlar vəhşicəsinə təcavüzlərə məruz qalıblar.
İŞİD terrorçuları belə qadınlar arasında "dikbaş"lıq edənləri isə çuxurlara salır, orada həftələrlə, aylarla saxlayırdılar.
Çuxurların divarlarında kölə edilmiş yezid qadınların çəkdikləri rəsmlər də var.
Həmin rəsmlərdə zavallılar əvvəlki, normal həyatlarını əks etdirməyə çalışıblar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər