İŞİD-dən ağlasığmaz vəhşilik: görün uşaqlara nə öyrədirlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 11:41 | Şərh sayı: (0) | Baxılıb: 307
İŞİD-dən ağlasığmaz vəhşilik: görün uşaqlara nə öyrədirlər
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni video yayıb. Video Suriyanın Deyr-əz-Zor vilayətində çəkilib və terrorçuların övladlarının "gizlənpaç" oyununu əks etdirir.
Milli.Az bildirir ki, qədim Əl Rəhba qalasının xarabalıqları arasında uşaqlar gizlənpaç oynayırlar. Amma bu oyunun tükürpədici qaydaları var.
Tapança ilə silahlanmış uşaqlar qalanın yeraltı tunellərində, zirzəmilərində, habelə yan həyətlərindəki çuxurlarda ölümlərini gözləyən əsirləri tapmalı, tapanda da güllələməlidirlər.
Əsirlər əlibağlıdırlar. Bəziləri diz çökdürülərək oturdulub, bəziləri isə həyətdə qazılmış çuxurlara ağzıüstə uzadılıb.
Uşaqlar da əsiri tapan kimi tapança ilə atəş açaraq öldürməlidirlər.
Daha sonra Rəqqadakı İŞİD məktəblərindən biri göstərilir. Burada balaca şagirdlərə döyüş təmrinləri, "cihad elmi" öyrədilir.
Uşaqlar da özlərini "cihadçı", "mücahid" sayırlar.
"Yəhudilərin və xristianların, kafirlərin axırına çıxacağam. Hamısını öldürəcəyəm", - 7 yaşlı oğlan deyir.
"Bütün düşmənlərimizin başlarını kəsəcəyəm. Bax, belə!" - 9 yaşlı oğlan düşmənin başını necə kəsəcəyini göstərir.
Deyr-əz-Zor vilayətində aparılmış çəkilişlərdə Şimali Afrika ölkələri və Tacikistandan olan İŞİD terrorçularının övladları çəkiliblər.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər