"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-12-2015, 16:52 | Şərh sayı: (1) | Baxılıb: 1164
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur. Nəzərə alsaq ki, onlar suya iki gün əvvəl düşüblər və son günlər havalar soyuq keçir, belə nəticəyə gəlmək olar ki, onlar dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, Bu fikirləri anspress-ə həkim Adil Qeybulla deyib. Onun sözlərinə görə, təkcə dünən axşamı götürsək, havanın temperaturu 3 dərəcəyə qədər enib:
"Biz quruda yaşayırıq və son günlər havaların çox soyuq olduğunu özümüz hiss edirik. Dünən gecə hava +3 dərəcə olub. Bu temperatur quruda belədirsə, dənizdə daha aşağıdır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, itkin düşən dənizçilərin orqanizminin belə soyuq havaya tab gətirməsi fizioloji cəhətdən mümkün deyil. Əgər yay fəsli olsaydı, onların sağ qalmaq şansı olardı. Hazırkı havada isə çox güman ki, həmin şəxslər donublar".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər