Əsgərlərimiz diversiya qrupunu pərən-pərən saldılar: 2 ölü, xeyli yaralı var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-11-2015, 20:59 | Şərh sayı: (0) | Baxılıb: 271
Əsgərlərimiz diversiya qrupunu pərən-pərən saldılar: 2 ölü, xeyli yaralı var
Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin məlumata görə, düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarətimiz altındadır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər