Qadağa başlayır: Məktəbdə yeməli, yeməməli? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-10-2015, 11:33 | Şərh sayı: (0) | Baxılıb: 335
Qadağa başlayır: Məktəbdə yeməli, yeməməli?
Oktyabrın 19-da prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Bununla əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov 2 gün öncə Trend-ə bildirib ki, ümumtəhsil məktəbləri və universitetlərin bufetlərində yoxlamalar dayandırılıb.
Onun sözlərinə görə, hər tədris ilində bufetlərdə planlı yoxlamalar aparılıb. Lakin prezident İlham Əliyevin göstərişinə uyğun olaraq məktəb bufetlərində də yoxlamalar dayandırılıb.
Övladları orta məktəblərdə təhsil alan valideynlər Milli.Az-a ünvanladıqları məktublarda, eləcə də sosial şəbəkələrdəki müzakirələr zamanı bununla əlaqədar narahatlıqlarını bildirirlər. Onlar heç də hər zaman vicdanlı olmayan bufet işçilərinin yoxlamaların dayandırılmasından istifadə edərək min cür hoqqalardan çıxacaqlarından, bunun da həmin bufetlərdə qidalanan məktəblilərin sağlamlığına zərər verə biləcəyindən ehtiyat edirlər.
Bəzi ekspertlər isə bildirirlər ki, məktəb bufetləri sahibkarlıq subyektləri hesab edilmədiyindən orada yoxlamaların dayandırılması məqsədəuyğun deyil.
Məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov Milli.Az-ın sorğusunu cavablandırıb: "Əvvəla, məktəb bufetləri də sahibkarlıq subyektləri hesab olunur. Bilirsiz ki, prezident İlham Əliyevin tapşırığına əsasən, sahibkarlıq subyektlərində bütün yoxlamalar dayandırılır. Biz də məktəb bufetlərində yoxlamaları dayandırmışıq. Bundan sonra məsələ ilə bağlı əgər hansısa yeni mexanizm üzə çıxsa, bu haqda məlumat verəcəyik. Hələlik isə heç bir şey bilmirik".
Lakin şöbə müdiri yeni mexanizm yaradılana qədər şagirdlərin məktəb bufetlərində təhlükəsiz qidalanmasının necə təmin olunacağına aydınlıq gətirməyib.
Pünhan
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər