İman insanı, insan ədər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-09-2015, 16:23 | Şərh sayı: (0) | Baxılıb: 469
İman insanı, insan ədər
İman insanı fiziki, maddi aləmin dar, durğun və boğucu sərhədlərdən xilas edib onu mənəvi aləmlərlə bütünləşdirən, onunu aydınladan bir məşəldir. İman insanı bütün varlığın yeganə sahibi olan Allaha müxatəb etməsi və Rəbbə bağlaması ilə ona qəlb rahatlığı və şərəf gətirən böyük bir güc məkəzidir.
Çünki insan iman sayəsində Rəbbinə üz tutur, Yaradanı tanıyır, Ona bağlanır. İnsan onda iman işığı ilə görünən ilahi isimlərin naxışları sayəsində bir dəyər qazanır. İnancılıq isə o bağı qoparır. Rəbb ilə insan arasındakı bağ qırılanda da Allahın insanda təcəlli edən ilahi sənəti gizlənir. Bu cür insanın dəyəri maddi və cismani səviyəyə enir. Maddi vücud fani və müvəqqəti olduğuna görə də heç bir dəyəri yoxdur. Bunu belə bir misal açıqlamaq olar:
Bir əsərin və ya bir əl işinin sənət əsəri kimi danışdığı dəyərlə onun maddi qiyməti ayrı-ayrı şeylərdir. Bəzən bunların qiyməti eyni olur. Bəzən sənət əsərinin ərsəyə gətirməsində işlənən metal daha qiymətli olur, bəzən də beş manatlıq dəmir parçasından beş min manatlıq sənət əsəri hazırlanır. Bəzən maddi dəyəri beş manat olan əntiq sənət əsərinə milyonlarla pul verilir. Bu cür sənət əsəri əntiq əşyalar bazarına çıxarılsa, qədim və hünərli sənətkarının adı ilə satışa qoyulsa, çox baha qiymətə satılar yox dəmirçi bazarına aparilsa, o zaman beş manatlıq dəmir qiymətinə gedər.
İnsan da Allahın bu cür misilsiz sənət əsəridir. Zərif bir qüdrət möcüzəsidir. Allah-təala bütün isimlərini insandan təcəlli etdirmiş və onu kainatın kiçik modəli kimi yaranmışdır.
Əgər iman nuru insana hakim olsa, üzərindəki bütün mənalı naxışlar o nurla oxunar: "Mən Rəbbimin bir sənət əsəriyəm, məxluquyam. Onu rəhbər və ikramı ilə şərəfraz edilmişəm". Belə bir insanın dəyəri də o ilahi sənətin qiymətindən olar.
Allahla irtibat qoparan inkar düşüncəsi insanın içinə yol taparsa, o mənalı sənət əsərinin üstünə qaranlıq çökər və oxunmaz olar. İlahi sənət əsərlərinin sənət əsəri parlaq almaz olduğu halda, adı şüşə parçasına çevrilər, kömürə dönər. Demək ki, iman insanı insan edər, hətta sultan edər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər