RSS
 

Login:
Şifrə:
» » Qadın cahiliyyət dövründə

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qadın cahiliyyət dövründə

 
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 29-04-2016, 21:17 | Şərh sayı: (0) | Baxılıb: 833

Qadın cahiliyyət dövründə


Qadın cahiliyyət dövründəQədim Hind, Çin, Rum və ərəb cəmiyyətlərində qadına elə anormal münasibətlər olub ki, indi də dünyanın bəzi nöqtələrində həmin münasibətlərə təsadüf edilir. Bu baxışlara əsasən daim kişinin xidmətində dayanmağa borclu olan qadın, heyvan kimi bir mövcud sayılır. Buna görə də qadın bütün fərdi və ictimai hüquqlardan məhrum edilmiş, hətta öz talehini müəyyənləşdirmək haqqına malik olmamışdır. Axı əslində insan hesab edilməyən qadın hansı insani hüquqlara malik ola bilərdi!
Sadalanan cəmiyyətlərdən bəzilərində qadın şəxsiyyəti o qədər süqut etmişdi ki, onun həyatı da kişidən asılı idi. Bəzən ehtiyac üzündən qadını öldürüb, əti ilə qidalanardılar.
Hindistanda əri ölmüş qadını ərinin cəsədi ilə birlikdə yandırar, ya da zillət içində buraxardılar. Tarixi mənbələrdə bu faktlar şahidlər tərəfindən təsdiq edilir.
Lakin bu hissə sonrakı hissələrin müqəddiməsi olduğundan sözü çox da uzatmayıb, yalnız cahiliyyət dövründə - Quran nazil olan zamandakı şahidlərin bəzilərini xatırlayırıq. Əlbəttə ki, bu baxışları analiz etməklə digər cəmiyyətlərdəki oxşar baxışlar da işıqlanar.
Cahiliyyət dövründə qadın o qədər əskik sayılırdı ki, hətta onun varlığı belə həqarət hesab edilirdi. Bir şəxs qızı olduğunu eşidəndə qəzəblənər, rəngi qaralardı. İki yol ayrıcında tərəddüd edərdi – bu əskikliyə, zillətə dözmək, yoxsa qızı diri-diri torpağa basdırmaq?! Bildiyimiz kimi qızları diri-diri torpağa basdırmaq cahil ərəblərin adəti idi. Bu işi heç bir vəhşi heyvan öz balasına qıymaz. Quran bu cahil adəti belə nəql edir: «Verilən müjdənin pisliyi üzündən tayfasından gizlənər. Görən, körpəni zillətdə saxlayacaq, yoxsa torpağa basdıracaq? Necə də pis mühakimə edirlər! («Nəhl» surəsi, 59-cu ayə)
Başqa bir yerdə, «Təkvir» surəsinin 9-cu ayəsində bu çirkin əməl yenə də sual altına alınır: «O hansı günaha görə öldürüldü?»
Cahiliyyət dövründə qız övladları övlad hesab olunmaz və nəslin davamı yalnız oğlanlar sayılardı. Cahiliyyətin rəzil şüarı bu idi:
Yalnız oğlanlardır bizlərə övlad
Qızlarla nəsilə verilməz bir ad.
Qurani-kərim müxtəlif əsaslarla oğlan və qızı eyni bildirir, köhnəliklə mübarizə aparır. Aşkar şəkildə qızları övlad adlandırmaqla cahil adətləri kökündən qoparır. Nəcran xristianları ilə mübahilə (nifrin) mərasimində həzrət Peyğəmbər (s) və Əli (ə) ilə müsəlmanlardan qadın ünvanında Fatimeyi Zəhra (ə) və Peyğəmbər övladı kimi Həsən və Hüseyn (ə) iştirak etdilər. Qurani-kərim bu barədə buyurur: «Sənə (İsa haqqında) göndərilən bilikdən sonra bu barədə səninlə mübahisə edənlər olsa, onlara de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq və yalvarıb Allahdan yalançılara lənət istəyək».(«Ali-imran» surəsi, 61-ci ayə.)
Bu ayədə Peyğəmbər qızının övladlarına övladlıq şamil edilir.
Cahiliyyət quruluşunda isə ailənin təşkili inkişafını öhdəsinə götürmüş qadınlara diqqətsizlik göstərilir. Bu həmin qadındır ki, övladının səadətinə zamindir və bu prosesdə mühüm rol oynayır. «Bəhar» da buyurulur: «Hər kəsin səadət və bədbəxtliyi anasının bətnində müəyyənləşir». «Vəsaildə» buyurulur: «Behişt ananın ayaqları altındadır».
Cahiliyyət dövründə anaya övladı bir müddət özündə saxlayıb, sonra azad edən qab kimi baxılıb. Cahiliyyət mədəniyyəti bir şerdə belə əks olunur:
Qabdan artıq deyil onlar bizə,
Atalardır ünvan soy, kökümüzə.
Quran bu cahil fikri puça çıxarıb, ana qucağını tərbiyə, inkişaf beşiyi kimi tanıtdırır, «qadınlarınız saleh övladlar tərbiyə edəcək əkinəcəklərinizdir», deyir. Quran anaların üzücü zəhmət və təlaşlarına təşəkkür olaraq tərif edir, hüquqlarını ilahi hüquqlar sırasında əks etdirir. «İsra» surəsinin 23-24-cü ayələrində buyurulur: «Allah Ona ibadəti və valideynə yaxşılığı buyurmuşdur. Onların biri, ya hər ikisi sənin yanında qocalığın ən sınıq çağına yetərsə, onlara «uf»da demə, acı söz söyləmə. Onlarla xoş rəftar et. Onların hər ikisinə acıyıb, mərhəmət göstərərək de: Pərvərdigara, onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi Sən də onlara rəhm et.»
"Əhqaf» surəsində buyurulur: «Biz insana ata-anasına yaxşılığı sifariş etdik.» Beləcə, xeyli çətinliklərlə qarşılaşan ananın əsil rolu nəzərə çatdırılır.
Cahiliyyət qurluşunda qadının hansısa bir qərara gəlmək hüququ yox idi. Yalnız ata və qardaş onu ərə verə bilər və bir əşya kimi dəyişər, mehriyyəyə sahib olardılar. Hətta əri öləndə onun mülkünə sahib çıxırdılar. Qadının evlənmə hüququ ailənin kişisinə məxsus idi. Quran bu çirkin əməli rədd etdi və evlənmə hüququnu qadının öz ixtiyarına verdi. Qadın öz meyriyyəsinə sahib oldu (əlbəttə ki, qızın ərə getməsində atanın icazəsi olmalıdır).
Həmin qaranlıq qurluşda qadın ailə və insani ünsiyyət hüququndan da məhrum idi. Onunla quldan da pis rəftar olunurdu. Addımbaşı qadın təhqir edilirdi. Quran qadınla qeyri-insani rəftarı puça çıxardı.
«Qadınlarınızla ağıllı, Allah bəyəndiyi kimi rəftar edin.» («Nisa» surəsi.)
Cahiliyyətdə qadının zəhmət haqqı ata, qardaş tərəfindən mənimsənilirdi. Quran aşkar şəkildə onlara kişilər kimi iqtisadi müsəqillik verdi: «Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır.»(«Nisa» surəsi, ayə 32.)
Cahiliyyətdə qadının irs hüququ yox idi. İrs yalnız kişilərə məxsus idi. Quran kişilərlə yanaşı qadına irs hüququ verdi.
«Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür.» («Nisa» surəsi, ayə 7).
Cahiliyyət qurluşunda əxlaqi və ilahi dəyərlər o qədər alçaldışmışdı ki, qızların və qadınların iffəti mübadilə əşyasına dönmüşdü. Qurani-kərim bu çirkin işi qadağan etdi: «Fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin».(«Nur» surəsi, ayə 33.)
Bunlar cahiliyyətin Quran tərəfindən puça çıxarılmış adətləri idi. Quran qadın hüquqlarını və qadın şəxsiyyətini ucaltdı. İslam Peyğəmbəri (s) bütün çirkin adətləri rədd etməklə buyurdu: «Sahibinə qaytarılmalı olan əmanətdən savayı bütün cəhalət adətləri mənim ayaqlarım altındadır». İstər xeyrixah olsun, istərsə də günahkar, fərqi yoxdur. Əmanəti sahibinə qaytarmaq islamın insani və beynəlmiləl prinsipidir. Bu adəti yaşatmaq cahiliyyət yox, insani ənənəni yaşatmaqdır. Beləcə, fitrət və ağıla əsaslanan din heç vaxt cəhalətdən savay əsası olmayan adətləri təsdiq etməyəcəkdir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor