Islam və Novruz adətləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-03-2013, 01:42 | Şərh sayı: (0) | Baxılıb: 3131
Islam və Novruz adətləri
Ümumiyyətlə hər bir cəmiyyətin özünə məxsus adət-ənənələri vardır. İslam onunla zidd olan hər bir adətin əleyhinədir. Lakin insanların islahına, onların birliyinə, mehribançılığına xidmət edən saleh adətlərin qorunmasını zəruri hesab etmişdir. Əli (ə) Malik Əştəri Misirə vali təyin etdiyi zaman ona göndərdiyi məktubda etdiyi sifarişlərin içərisində belə bir ifadə də vardır: "Bu ümmətin böyüklərinin əməl etdikləri saleh adətləri, onların birləşməsini, möhkəmlənməsini, islahını və ülfətini təmin edən gözəl ənənələri sındırma. Bu adətlər zərər gətirəcək hər hansı bir yeni ənənəni bərpa etmə"
Peyğəmbərimizin Əli(ə)-a buyurduğu sözlərdə deyilir: "Əbdül Muttəlibin cahiliyyət dövründə beş adəti sonradan şəriətdə rəsmiləşdi. 1) Ataların qadınlarını oğlanlarına haram bilməsi 2) Xəzinə tapdığı zaman onun xumsunu (beşdı birini) çıxarması 3) Zəmzəm quyusunu Siqayətul-həcc (Hacılara su vermək) adlandırması 4) Ölümün diyəsinin yüz dəvə olması 5) Təvafın yeddi dəfə olması"
Beləliklə bu bayramda hədiyyə vermək, küsülülərin barışması, qohumlara baş çəkmək, yoxsullara pay vermək, qəbirlərin ziyarəti və s. adətlər, elə İslamın təkid etdiyi əməllər olduğundan onların bu bayramda olduğu kimi hər zaman müsəlmanlar tərəfindən qorunub saxlanılması və yerinə yetirilməsi zəruri bir məsələdir. Həzrət Əli(ə)-ın yanına novruz hdiyyəsi gətirildikdə o həzrət soruşdu: Bu nədir? Dedilər: Bu gün novruzdur . İmam buyurdu: "Bizim novruzumuz hər gündür." Başqa bir hədisdə isə İmam buyurur: "Hər gün novruz edin."
Novruz sözünün mənası "yeni gün" deməkdir. Bu baxımdan da Əli(ə)-ın sözünə əsasən bu kimi əməllər müsəlmanın gündəlik həyatının ayrılmaz bir hissəsi olmalı və bununla yanaşı onun hər günü bahar kimi təravətli və yeni olmalıdır. Bahar təbiətin fəsli olduğu kimi insan ruhunun və qəlbinin baharı da Qurani-Kərimdir. Ölmüş və yatmış təbiəti günəş şüaları ayıltdığı və ona can verdiyi kimi ölmüş və yatmış insan qəlbini də Qurani-Kərim nuru oyadır və ona həyat verir. Həzrət Əli (ə) buyurur: "Quranı öyrənin. Çünki o qəlblərin baharıdır."
Deyillənərə görə çərşənbə bayramında tonqal yandırıldığına görə bu bayram ətəşpərəstliyin bir nişanəsidir. Lakin bu heç də belə deyil. Çünki atəşpərəst odu tanrılaşdırıb ona sitayiş edir. Burada isə insanlar "ağırlığım-uğurluğum od üstünə" deyib onun üstündən adlayırlar. Heç bir atəşpərəst onun tanrısı sayılan od ilə ona alçaqlıq gətirən bu cür rəftarı etməz. Ona görə də çərşənbənin atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Təbəri tarixinin altıncı cildində çərşənbə bayramı ilə bağlı qeyd olunub ki şiələr hicrətin 68-ci ilinin son çərşənbəsi Muxtar Səqəfinin başçılığı ilə İmam Huseyn(ə)-ın qatillərindən qisas aldılar. Usyanı hazırlayan Muxtar göstəriş vermişdi ki yandırılmış tonqallar göyə atılanda usyançılar hərəkətə başlasınlar. Uğurla nəticələnən usyan qatillərin məhvi ilə sona çatdı. Sonradan Əhli Beyt tərəfdarları bu günü zəfər bayramı olaraq qeyd etməyə başladılar. Həmin gün olduğu kimi göyə tonqallar atdılar və Kərbəla hadisəsindən yeddi iztirablı il keçdiyinə görə yerdə yeddi tonqal yandırdılar. Beləliklə də bu baxımdan çərşənbənin tarixi əsasının gah atəşpərəstliklə gah da dörd çərşənbə kimi nağıllarla qələmə verilməsinə baxmayaraq, bu gün Əhli Beyt aşiqlərinin, o cümlədən Əhlibeytsevər Azərbaycan xalqının həyatına bir bayram kimi daxil oldu.
Novruz bayramı namazı iki dəfə iki rəkətli namaz qılmaqla dörd rəkətdir. Birinci iki rəkətdə Həmddən sonra on dəfə Qədr surəsi, ikinci rəkətdə Həmddən sonra on dəfə Kafirun surəsi, ikinci iki rəkətli namazın birinci rəkətində Həmddən sonra on dəfə İxlas, ikinci rəkətdə Həmddən sonra on dəfə Fələq və on dəfə Nas surələri oxunur. Bu namaz Əsr namazından sonra qılınır.

Haci Sahib
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Şərhlər