Adəmin Günahı və tövbəsi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-06-2015, 01:25 | Şərh sayı: (0) | Baxılıb: 581
Adəmin Günahı və tövbəsi
Allah yeri yaradaraq onu insanların sükunəti üçün hazır etdikdən sonra ilk növbədə Öz məxluqatı arasında Adəmi (yəni hazırkı nəslin ilk nümayəndəsini) xəlq edib seçdi. Ona behiştdə yer ayırdı, müxtəlif halal və ən ləzzətli xörəkləri onun ixtiyarında qoydu. Bütün bunlarla yanaşı Allah, Adəmə özünü İblisin hiylə və düşmənçiliyindən qorumağı tapşırdı. Ulu Yaradan Adəmi imtahan etmək qəsdi ilə onun və arvadının "filan” ağacın yaxınlığına getməsməsini eləcə də ondan bir şey yeməklərini tapşırdı. Lakin İblis (Şeytanların atası) onu aldatdı çünki İblis onlara paxıllıq edirdi. Axı Həzrət Adəm behiştdə həmişəlik qalaraq daim yaxşıların yanında olacaqdı. Beləliklə, Adəm (əleyhissalam) öz yəqinini Şeytanın şübhə və vəsvəsələri nəticəsində əldən verərək möhkəm qərarını onun əsassız sözləri ilə mübadilə etdi! Behiştdəki xoşbəxt həyat və şadlıq o gündən belə Adəm (əleyhissalam) üçün qorxu və vəhşətə çevrildi. Amma mehriban Allah günahdan tövbə və peşmanlıq zəminəsini ilk dəfə olaraq Adəmdə vücuda gətirdi Məhz bundan sonra Adəm Allahın bu nemətindən istifadə edərək mürtəkib olduğu günahdan tövbə qıldı. Tövbəsindən sonra Allah Adəmi yerə göndərdi ki, öz gələcək nəsli ilə yer üzünü abad etsin. Beləliklə Xaliqi-Sübhan Adəmi öz höccəti kimi təyin etdi. Belə ki, bütün insanlar onun göstərdiyi doğru yolun səmtində hidayət yolunu tapsınlar Allah Adəmin ölümündən sonra da yer üzünü Höccətsiz qoymaz.
Nəhcül-bəlağə hekayətləri
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər