Quranda adı çəkilən, vədinə sadiq olan İsmail kimdir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-05-2016, 19:56 | Şərh sayı: (0) | Baxılıb: 957
Quranda adı çəkilən, vədinə sadiq olan İsmail kimdir?
Sual: Quranda adı çəkilən, vədinə sadiq olan İsmail kimdir?
Cavab: Qurani-kərimin “Məryəm” surəsində buyurulur: “Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı” (54-55ci ayələr). Bu İsmayıl Peyğəmbərin (ə) şəxsiyyəti barədə fikirlər fərqlidir. Bəzi təfsirlərdə onun İbrahim Peyğəmbərin (ə) oğlu İsmayıl (ə) olduğu bildirilir. Amma bəzi sübutlar bunu rədd edir. Əvvəla, “Məryəm” surəsində əvvəlcə İbrahimlə İsmailin (ə), daha sonra Musa ilə Harunun (ə) adı çəkilir, ardınca İsmayıl sadiqül-vəddən (ə) danışılır. Əgər bu iki İsmayıl (ə) eyni olsaydı, bir yerdə zikr olunardılar.
Hədislərdə deyilir ki, İsmayıl sadiqül-vəd (ə) İbrahim Peyğəmbərin (ə) oğlu deyildi. Ona bu ləqəbin verilməsinin səbəbi bu idi ki, bir nəfərlə müəyyən yerdə görüşməyə söz vermişdi. Təyin olunan vaxt İsmayıl (ə) həmin yerə gəlsə də, o biri adam gəlmir. İsmayıl (ə) bir il ərzində hər gün həmin saatda o yerə gəlir və bir neçə saat o adamı gözləyir. Bir ildən sonra o adam görüşü xatırlayır, həmin yerə gələndə İsmayılın (ə) orada gözlədiyini görür.
Bəzi hədislərdə buyurulub ki, İsmayıl sadiqül-vəd (ə) Hezqil Peyğəmbərin (ə) oğlu idi, qövmü ona işgəncələr verərək şəhid etmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər