Həddi aşmış ümməti tərk etmək olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 24-05-2015, 01:30 | Şərh sayı: (0) | Baxılıb: 543
Həddi aşmış ümməti tərk etmək olarmı?
«Ənkəbut» surəsinin 56-cı ayəsində buyurulur: «Ey iman gətirmiş bəndələrim, (sizi incidib, əziyyət verilərsə, hicrət edə bilərsiniz) şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də, yalnız mənə ibadət edin». Ayədən məlum olur ki, həddi aşmış ümmətin təzyiqləri dini vəzifələrin icrasına mane olursa, başqa bir yerə hicrət etmək lazımdır.
Amma unutmaq olmaz ki, adi insanlarlapeyğəmbərlərin vəzifələri arasında fərqlər mövcuddur. Peyğəmbərləryalnız vəhy əsasında hicrət edir və bir yerdən başqa yerə köçməklə, ilahi buyuruğa əməl edirlər. İbrahim (ə), Musa (ə) və həzrət Məhəmmədin (s) hicrəti bu qəbildəndir.
Lakin həddi aşmış ümmətini tərk edən Yunis peyğəmbər haqqında belə buyurulur: «Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi»[1]. Ayədə zikr olunmuş macəra nə ilə nəticələnir?
İraqın Neynəva məntəqəsində uzun illər qövmünü tək Allaha itaətə çağıran Yunis peyğəmbər, onların etinasızlığı ilə qarşılaşır.Bu qövmün inadkarlığından bezərək, məntəqəni tərk edir.Yunisin süvar olduğu gəmi yolda tufana düşür. Gəminin kapitanı bu hadisəni gəmidə fərari olması ilə əlaqələndirib,bir neçə dəfə püşk atır. Hər dəfə püşk Yunisə düşdüyündən, onun fərari olması kimsədə şübhə doğurmur. Nəhayət, bəladan qurtulmaq üçün Yunis dənizə atılır. Böyük dəniz nəhənginin udduğu Yunis, Allahın möcüzəsi ilə sağ qalır. Allahın qəzəbinə səbəb olduğunu anlayan Yunisin duası qəbul olur.
Bu hadisə bir daha sübut edir ki, adi insanlar üçün xəta hesab olunmayan bir iş, peyğəmbərləri çətinliyə sala bilər. Nə Adəm, nə də Yunis peyğəmbər heç bir günaha yol verməmişdilər. Sadəcə, daha xeyirli əməli tərk etmişdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər