Quranda Allah-Təala niyə qonşu məfhumunu iki hissəyə ayırır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 8-12-2016, 13:26 | Şərh sayı: (0) | Baxılıb: 331
Quranda Allah-Təala niyə qonşu məfhumunu iki hissəyə ayırır?
Sual: Quranda Allah-Təala niyə qonşu məfhumunu iki hissəyə ayırır?
Cavab: Ayədə buyurulur: “Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya ... yaxşılıq edin!” (“Nisa” surəsi, 36-cı ayə). Burada iki cür qonşudan danışılır. Bəzi təfsirçilər bu iki dəstəni qohum olan və qohum olmayan (yad) qonşular kimi təqdim etmişlər. Bəzi alimlər birinci dəstəyə İslam dinində olan müsəlman qonşuların, ikinci dəstəyə başqa dində olan qonşuların aid olduğunu yazmışlar. Bəzi təfsirlərdə isə göstərilib ki, birinci dəstəyə səninlə eyni əqidə və fikri bölüşən qonşular aiddir, ikinci dəstə isə səninlə fərqli əqidəyə və düşüncəyə sahib olan qonşulardan ibarətdir. Nəzərə almalıyıq ki, hər bir halda Allah bizdən qonşularla yaxşı davranmağımızı tələb edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər