Niyə Qurani-kərimin bəzi ayələrində Allah özündən danışanda “Biz” kəlməsi işlədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-01-2016, 23:42 | Şərh sayı: (0) | Baxılıb: 988
Niyə Qurani-kərimin bəzi ayələrində Allah özündən danışanda “Biz” kəlməsi işlədir?
Sual: Niyə Qurani-kərimin bəzi ayələrində Allah özündən danışanda “Biz” kəlməsi işlədir? Bu, tövhidə zidd deyilmi?
Cavab: Quranda Allahın özü barədə “Biz” ifadəsi işlətməsinin mənasını alimlər müxtəlif mənalarda izah etmişlər. Birincisi, ola bilər ki, Allah bu yolla öz bəndələrinə təvazökarlıq dərsi verir. Bizə başa salır ki, özümüz haqqında danışarkən mənəm-mənəm deməyək, təvazökarlıq edək. Bu, bir adətdir ki, təvazökar insanlar öz əməllərindən danışarkən “mən” deməyi xoşlamaz, “biz” deyərlər.
İkinci məna bu ola bilər ki, Allah bu zaman Onun əmrinə tabe olan mələkləri də nəzərdə tutur. Bu, tövhidə zidd deyil. Çünki aydın məsələdir ki, bütün mələklər yalnız Allahın əmri və istəyi ilə hərəkət edirlər. Allah mələklərə əmr verir və onlar bu əmri Allahın yardımı ilə icra edirlər.
Qeyd edək ki, Quranda ibadətlə bağlı bütün ayələrdə Allah yalnız “mən” kəlməsindən istifadə edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər