Başqasına qarğış (bəddua) etmək olarmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 27-01-2016, 00:45 | Şərh sayı: (0) | Baxılıb: 1493
Başqasına qarğış (bəddua) etmək olarmı?
Sual: Başqasına qarğış (bəddua) etmək olarmı?
Cavab: İslam müqəddəsləri qarğış (bəddua) etməyi xoşlamamışlar. Onlar adətən öz düşmənlərinin hidayət olması və Allah tərəfindən bağışlanması üçün dua edirdilər. Məsumlarımız öz şəxslərinə qarşı yönələn təhqir və ədavətləri bağışlayır, qarşı tərəf üçün qarğış etmirdilər. Amma kimsə dini dəyərlərə qarşı çıxıb fəsad törədirdisə yaxud başqasının haqqına təcavüz edirdisə, o zaman müqəddəslərimiz ciddi şəkildə narahat olur, qəzəblənir, həmin adamı cəzalandırırdılar. Əgər cəzalandırmaq mümkün olmurdusa, onun haqqında bəddua edir və işin həllini Allaha həvalə edirdilər. Müsəlmanın zalıma bəddua (qarğış) etməsi günah deyil, amma daha yaxşı olar ki, bağışlamağa çalışsın və düşmənə hidayət diləsin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər