Qadın evdə tək olarkən başıaçıq şəkildə və ya qoluaçıq paltarda namaz qıla bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 17-09-2016, 11:11 | Şərh sayı: (0) | Baxılıb: 458
Qadın evdə tək olarkən başıaçıq şəkildə və ya qoluaçıq paltarda namaz qıla bilərmi?
Sual: Qadın evdə tək olarkən başıaçıq şəkildə və ya qoluaçıq paltarda namaz qıla bilərmi?
Cavab: Şəriətimizin bəzi hökmləri insanlarla sosial münasibətlər zəminində tənzimlənir və təklikdə bu hökmləri qorumaq ya ümumilikdə, ya da həmin həddə vacib deyil. Məsələn, qadın naməhrəmlərdən bütün bədənini örtməlidir, yalnız sifətini və biləkdən aşağı əllərini açıq saxlaya bilər. Evdə tək olarkən və ya məhrəmlərin yanında bu qədər örtünməyə ehtiyac yoxdur. Amma elə hökmlər var ki, başqa adamların görüb-görməməsindən asılı olmayaraq hər bir şəraitdə öz qüvvəsini saxlayır. Namazda qadının örtünməsi də bu qəbildəndir. Qadın, onu kiminsə görüb-görməməsindən asılı olmayaraq, sifəti, biləkdən aşağı əlləri və topuqdan aşağı ayaqları istisna olmaqla bütün bədənini örtməlidir. Eləcə də, qadının namaz paltarı şəffaf və dar olmamalıdır. Bu şərtlər qəsdən qorunmasa, namaz batil olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər