Ana namaz qılarkən, südəmər körpənin ağlama səsini eşidərsə, namazını yarımçıq kəsib uşağın yanına gedə bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-09-2016, 19:52 | Şərh sayı: (0) | Baxılıb: 632
Ana namaz qılarkən, südəmər körpənin ağlama səsini eşidərsə, namazını yarımçıq kəsib uşağın yanına gedə bilərmi?
Sual: Ana namaz qılarkən, südəmər körpənin ağlama səsini eşidərsə, namazını yarımçıq kəsib uşağın yanına gedə bilərmi?
Cavab: Namaz bəndənin Allahla söhbəti kimidir. Namaza xüsusi ehtiramla yanaşmaq lazımdır. Üzürlü səbəb olmadan namazı yarımçıq kəsmək olmaz; bu, Allaha qarşı hörmətsizlik deməkdir. Üzürlü səbəblər sırasında başqasının həyatına təhlükə olduğu hal nəzərdə tutulur. Məsələn, əgər ana namaz qılarkən uşaq yıxılıb həyatı üçün təhlükə törədəcək qədər əzizlibsə, namazı yarımçıq kəsib ona yardım etməsi lazımdır. Uşağın başına nə gəldiyini görmədiyi zaman, səs və əlamətlərdən bunu zənn etsə də, keçərlidir. Hətta uşağa birbaşa deyil, dolayı yolla təhlükə yarananda da, aana namazı kəsib uşağı təhlükədən uşaqlaşdıra bilər. Məsələn, əgər uşaq yanan ocağa tərəf əlini uzatmağa çalışırsa, ona ciddi ziyan yetirəcək bir əşyanı udmaq istəyirsə, hündür yerdən sürüşürsə, bu halda ananın öz namazını kəsib ona yardım etməsi icazəlidir. Qeyri-ciddi səbəblərə görə - məsələn, uşaq acımışsa, yatmaq istəyirsə, altını isladıbsa – ananın namazı kəsməyə ixtiyarı yoxdur. Bu hallarda namazı daha tez qıla bilər (müstəhəbbata yer ayırmadan).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər