Ayətül-kürsidə Allahın kürsüsündən söhbət gedir. Məgər Allahın oturduğu kürsü varmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-06-2016, 19:35 | Şərh sayı: (0) | Baxılıb: 448
Ayətül-kürsidə Allahın kürsüsündən söhbət gedir. Məgər Allahın oturduğu kürsü varmı?
Sual: Ayətül-kürsidə Allahın kürsüsündən söhbət gedir. Məgər Allahın oturduğu kürsü varmı?
Cavab: Quran ayələri möhkəm və mütəşabeh olmaqla iki qismə ayrılır. Möhkəm ayələr yalnız zahiri mənada qəbul edilməlidir, onları təvil etmək (rəmzlərlə yozmaq) olmaz. Amma mütəşabeh ayələr mütləq izah olunmalı və yozulmalıdır, onları zahiri mənada qəbul etmək düzgün deyil. Ayətül-kürsidəki bu məsələ də həmin qisimdəndir. Allaha aid edilən göz, əl, söykənmək və s. xüsusiyyətlər kimi kürsü də rəmzi məna daşıyır. Aydın məsələdir ki, Allah cisim deyil, Onun bədəni yoxdur və kürsüdə oturmaz. Buradakı “kürsü” sözü Allahın qüdrət və hökmranlığının simvoludur. Necə ki, dilimizdə “taxt-tac” sözü də hakimiyyəti bildirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər