Ərəb dilini bilmədən Quran oxumağın xeyri varmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 9-03-2016, 11:37 | Şərh sayı: (0) | Baxılıb: 2151
Ərəb dilini bilmədən Quran oxumağın xeyri varmı?
Sual: Ərəb dilini bilmədən Quran oxumağın xeyri varmı?
Cavab: Quran Allah-təalanın müqəddəs kitabıdır. Qurani-kərimlə, onun hörmətini saxlamaq şərti ilə edilən hər cür ünsiyyət insana xeyir və savab gətirir. Əlbəttə ki, Quranın ayələrini anlayaraq, tərcüməsini bilərək oxumaq daha yaxşıdır və insana daha böyük savab verir. İnsan imkan çərçivəsində ya ərəb dilini öyrənib, Müqəddəs Kitabı orijinalda oxumalı, ya da heç olmazsa, tərcüməsini mütaliə etməlidir. Amma Quran elə möcüzəli kitabdır ki, hətta mənasını bilmədən onu oxuyanlar və dinləyənlər də xeyir əldə edirlər. Quran sədasının insan psixologiyasına güclü müsbət təsiri vardır. Hətta bir çox əsəbi və ruhi xəstəlikləri Qurana qulaq asmaqla müalicə etmək təcrübəsindən istifadə edirlər. Quranı dilnləyən insanlarda xeyirxahlıq hisləri güclənir, insanlar günahdan uzaqlaşırlar, dini dəyərlər haqqında düşünürlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər