Qeybətə icazə |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 21-05-2016, 22:22 | Şərh sayı: (0) | Baxılıb: 839
Qeybətə icazə
Sual: İnsan özü barədə qeybət etməyə başqalarına icazə verə bilərmi və yaxud deyə bilərmi ki, kim mənim qeybətimi edərsə, mən ondan razıyam?
Cavab: Qeybət edənlərə qarşı razılıq əgər ötüb-keçənlərə aid olarsa, bunun heç bir eybi yoxdur. Həzrəti-Zeynülabidin(ə)-in Allah dərgahına ərz etdiyi kimi: "İlahi! Kim ki mənə pislik edibdir, sənin mənə rəva bilmədiyin şeyi mənə rəva bilibdir və ya mənim hörmətimi saxlamayıbdır, əgər məndən üzr istəmədən dünyadan köçübdürsə və ya diridirsə, boynunda haqqım olduğundan onun günahlarını bağışla, öz rəhmətini ondan əsirgəmə. Mənə etdiyi pislikləri mən ona bağışlayıram, sən də bağışla.”
Lakin gələcək qeybətləri bağışlamaq düzgün deyildir, çünki günaha icazə verməyin özü də bir günahdır. Bu iş insanları günah əməllərə təşviq etmək olduğundan islam nəzərindən qadağan olunmuşdur. Əslində, demək olar ki, belə bir icazə Allahın halalını haram və haramını halal etməkdir. Müqəddəs İslam dinində insana öz abrını qorumaq vacib olarkən başqalarına ona qarşı hörmətsizlik etməkdə özünün yol verməsinə necə icazə verilə bilər? Qabaqcadan icazə almaqla qeybət özünəməxsus xüsusiyyətini itirir, çünki qeybət o zaman qeybət olur ki, qeybəti olunanın razılığı alınmasın, amma özü icazə verən zaman icazə onun razılığından meydana gəlir. Lakin bu nəticəyə də iki cəhətdən irad tutmaq olar:
1. Belə icazələr tam surətdə qeybəti olunanın razılığından meydana gələ bilməz, çünki o, arxasınca nə deyiləcəyini bilmir. Mümkündür ki, öz qeybətinə razılıq verənin haqqında elə bir söz desinlər ki, əgər həmin adam başa düşərsə, narahatçılıq keçirib əvvəlki razılığına görə peşman ola bilər.
2. Qeybətə icazə vermək əxlaqsızlığın yayılmasına səbəbdir. Bu da razılıq verənin icazəsinə baxmayaraq, haramdır. Çünki əxlaqsızlığın yayılması günahın qəbihliyinin itməsinə bais olur. Yalnız pozğun və günah nümunələrindən olmayan səsi, yerişi yamsılamaq və insanların xüsusiyyətlərindən olan bu kimi qeybət hallarından başqa. Deməli, əgər kim öz səs və yerişinin yamsılanmasına icazə verirsə, heç bir eybi yoxdur. Allah daha yaxşı biləndir.
Günahdan pis bəhanə
Çox zaman qeybətə aludə olanlar öz işlərinə bəhanə gətirmək üçün "filan şəxsin barəsində dediklərimin hamısı onda var”, "necə deyərlər, onun sifətidir, qeybəti deyil”, - deyirlər. Halbuki bu bəhanə günahdan daha pisdir, çünki qeybət nəinki insanda olmayan eyibləri, həm də şəxsin özündə olan eybi izhar etməkdir. Qeybəti pisləyən ayə və rəvayətlər insanlarda olan eyibləri danışmağa aiddir, amma onda olmayan eyibləri danışmaq böhtan, günahı isə qeybətdən də çoxdur.
Yeddinci İmam Musa ibn Cəfər(ə) buyurur: "Hər kim bir şəxsin arxasınca onun haqqında hamının bildiyi şeyi danışarsa, bu qeybət deyildir. Hər kim bir şəxsin arxasınca onun haqqında camaatın bilmədiyi şeyi danışarsa, bu, qeybətdir və hər kim bir şəxsin arxasınca onun haqqında olmayan şeyi danışarsa, bu, böhtandır.”
Başqa bir hədisdə İmam Sadiq(ə)-dən belə nəql olunur: "Qardaşın haqda Allahın gizlətdiyi şeyi danışmaq qeybətdir, amma səbirsizlik və tündxasiyyətlilik kimi hamının bildiyini danışmaq qeybət deyildir. Onun haqqında olmayanı demək isə böhtandır.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər